“Sumqayıt”ın 2 legionerinə milli komandalarından dəvət
- 18:00
- 31
"Sumqayıt"ın futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini müvafiq olaraq Dominikan Respublikası və Benin milli komandarına dəvət alıblar.
Rekord.az xəbər verir ki, Dominikan Respublikası CONCACAF Series-in ikinci mərhələsində 27 və 30 mart tarixlərində El Salvador və Kuba ilə qarşılaşacaq.
Benin millisi isə martın 27-də Fələstin, 4 gün sonra isə Qvineya ilə yoldaşlıq görüşləri keçirəcək.