“Sumqayıt”dan “Şamaxı”ya
- 22:28
- 19
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi cinah müdafiəçisi Abdul Raşid Muminini heyətinə qatıb. Benin yığmasının üzvü ilə iki illik (1+1) müqavilə imzalanıb.
Qeyd edək ki, 21 yaşlı futbolçunun son klubu “Sumqayıt” olub. Sözügedən klub da Mumini ilə vidalaşdığını açıqlayıb, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, "Şamaxı" daha əvvəl Uğur Cahangirov, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Okan Təhməzli, Hacıəli Şirəliyev, Emil Süleymanov, Nicat Qaragözlü, Jota, Rui Paçeko, David Deqo və Tornike Axvledianini də heyətinə qatıb.