“Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu 1-ci Liqa klubunda
- 15:20
- 35
"Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın 1-ci Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
Bu barədə Rekord.az-a Mingəçevir təmsilçisindən məlumat verilib.
Yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.