"Sumqayıt" "Şamaxı"nı da "Socar Polymer Arena"da qəbul edəcək: "Mehdi Hüseynzadə"yə nə zaman qayıdır?
- 15:00
- 20
"Sumqayıt" "Qarabağ"ın ardından növbəti ev oyununu da "Socar Polymer Arena"da keçirəcək.
Rekord.az xəbər verir ki, "Şamaxı" ilə matçın da burada keçiriləcəyinin anonsu artıq PFL-in saytında yerləşdirilib.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi ot örtüyü ilə risk etmək istəməyib. Nəzərə alaq ki, sentyabrın sonunda millinin oyunları ilə əlaqədar olaraq çempionatda fasilə yaranacaq və bu müddətdə ot örtüyü də tam ideal vəziyyətə gələcək. Beləliklə, "Sumqayıt"ın "Mehdi Hüseynzadə"yə dönüşü oktyabrda mümkün olacaq.