"Sumqayıt" nəhayət ki, ondan qurtuldu
- 15:00
- 31
"Sumqayıt" nəhayət ki, Tressor Mossidən qurtula bilib.
Rekord.az xəbər verir ki, Samir Abasovun dövründə alınan futbolçu keçən ildən əsas heyətdən kənarlaşdırılmışdı.
Saşa İliç baş məşqçi təyin olunan gündən onu əsas heyətdən kənarlaşdırmışdı. Klub müəyyən məbləğ qarşılığında onunla yolları ayırmağ təklif etsə də, futbolçu əvəzedici komandada oynamaqla tam maaşını almağı üstün tutmuşdu.
Bu mövsüm isə yeni baş məşqçi Dilipe Kandido da Mossiyə ehtiyacı olmadığını bildirmişdi. Bundan sonra rəhbərlik yenidən onunla danışıq aparıb uzun müddətli müzakirələrdən sonra razı sala bilib. Futbolçuya təzminat ödənilib və yola salınıb.