Şotlandların dünya çempionatında yeni rekordçusu
- 10:20
- 35
Şotlandiya millisinin üzvü Con Makqinn yeni rekorda imza atıb.
Rekord.az xəbər verir ki, o, bunu DÇ-2026-nın Haiti ilə matçında (1:0) fərqlənməklə bacarıb.
Makqinn Şotlandiya yığmasının mundiallarda qol vuran ən yaşlı oyunçusu olub - 31 yaş 238 gün.
Əvvəlki rekord 1982-ci il Dünya Kubokunda 31 yaş 103 günlüyündə Yeni Zelandiyaya qarşı qol vuran əfsanəvi Kenni Dalqlişə məxsus idi.