Azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” klubu Rusiya Kubokunun 2-ci mərhələsində səfərdə Sankt-Peterburqun “Dinamo” komandası ilə qarşılaşıb.

Rekord.az xəbər verir ki, matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 35-ci dəqiqədə M.Polkovnikov açıb. 58-ci dəqiqədə isə A.Masalov fərqi ikiyə çatdıraraq matçda son nöqtəni qoyub.

Şeydayev matçın ehtiyat oyunçular skamyasında yer alıb və qarşılaşmanın 80-ci dəqiqəsində meydana daxil olub.