“Cenoa”nın yollarını ayırdığı Andrey Şevçenko karyerasını Türkiyədə davam etdirə bilərmiş.

Rekord.az xəbər verir ki, “Qalatasaray” ukraynalı mütəxəssislə yanvarın ilk günlərində danışıqlar aparıb.

Ötənlərin tanınmış futbolçusu özü də “cim-bom” rəsmilərinə Türkiyədə çalışmağa hazır olduğunu bildirib.

Maraqlısı orasındadır ki, “Qalatasaray” yanvarın 11-də Domenek Torrentlə anlaşdığını açıqlayandan 4 gün sonra “Cenoa” Şevçenkonu istefaya göndərib.

​Ehtimal edilir ki, Genuya təmsilçisi ukraynalı məşqçinin "Qalatasaray"a keçidinə əngəl olmaq üçün bir qədər gözləyib.