"Səbail” müdafiəçisi Turan Manafovu Yunanıstanın “Olimpiakos Volos” klubuna icarəyə verib.

Rekord.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb.

Müdafiəçi 2021/22 mövsümünün sonunadək bu komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Manafov 2019-cu ldən “Səbail”in heyətində çıxış edir. O, bu gün klubla yeni müqavilə imzalamışdı. Yeni sözləşməyə əsasən 24 yaşlı cinah müdafiəçisi 2023-cü ilin yayına qədər “Səbail”ə məxsusdur.

"Olimpiakos Volos" Yunanıstanın 2-ci Liqasında mübarizə aparır. Bu komanda 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.