Saşa İliç: "Kamera qarşısında futbolçularıma ağır söz demirəm"
- 17:05
- 39
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Rusiya mətbuatına maraqlı açıqlama verib.
Rekord.az xəbər verir ki, rusiyalı həmkarlarımız ondan Rusiya millisinin baş məşqçisi Valeri Karpinin Nikaraqua ilə matçın fasiləsində futbolçuların ünvanına ağır sözlər deməsinə münasibət öyrənib.
İliç məsələyə belə münasibət bildirib: "Məşqçi olmaq asan deyil, bəzən çox əsəbləşirsən, xoş olmayan sözlər işlədirsən. Paltardəyişmə otağında hansısa pis, yaxud yaxşı söz deyə bilərsən. Amma vacibdir ki, bunu kimsə lentə almasın. Kamera qarşısında futbolçularıma ağır söz demirəm Sonradan bu sənə probıem yarada bilər. Məndə də arada belə hallar olur. Amma çalışıram bu zaman dediyim sözləri ancaq futbolçularım eşitsin".