"Şamaxı" futbolçusu Fəxri Məmmədli ilə yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.


İcarə müqaviləsi başa çatan oyunçu məxsus olduğu “Sabah”a qayıdıb.


"Şamaxı" daha əvvəl Maykl Tuik, Vasili Bakiç, Brahim Konate, Vasili Radenoviç və Leroy Mikelslə yollarını ayırıb. Bölgə təmsilçisi həmçinin “Qəbələ”dən Emil Süleymanovu icarə əsasında heyətinə qatıb.