
“Şamaxı”da növbəti ayrılıq
- 30 May 2025 22:30
- 116
“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, Maykl Tuik komandanı tərk edib.
Bölgə təmsilçisi braziliyalı hücumçunun başa çatan müqaviləsini yeniləməyib.
Tuik 2025-ci ilin yanvarından “Şamaxı”nın şərəfini qoruyurdu. O, meydana çıxdığı 14 oyunda 1 qol müəllifi olub.
"Şamaxı" bunadək Vasili Radenoviç, Vasili Bakiç, Leroy Mikels, Brahim Konate ilə də yollarını ayırmışdı.