Şamaxıda kütləvi idman tədbiri
- 17:45
- 35
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şamaxı şəhər stadionunda "60 saniyə rekordu" kütləvi idman tədbiri keçirildi.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmələri bədən tərbiyəsi və idmana cəlb etmək, asudə vaxtlarını səmərəli keçirtmək idi.
Tədbirin gedişində iştirakçılar ip atma, top çiləmə, plank, jim və oturub durma mərhələsi üzrə öz qüvvələrini sınadılar. Gərgin idman mübarizəsində hər mərhələ üzrə qaliblər müəyyən oldular.