Xəbər verdiyimiz kimi, AFFA Şamaxıda yeni stadionun tikintisinə start vermişdi.

Lakin Rekord.az-a daxil olan məlumata görə, son zamanlar stadionun tikintisinə fasilə verilib.

Buna səbəb tikintinin davamı üçün lazım olan materialların hələlik stadiona gətirilməməsidir. AFFA bunun üçün vəsait ayırmalı, avadanlıqlar alınaraq Şamaxıya aparılmalıdır. Vəsait ayırılanmdan sonra işlərə davam ediləcək.