“Şamaxı” yeni mövsüm öncəsi heyətinə yeni futbolçu cəlb edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Əyalət təmsilçisi yarımmüdafiəçi Oruc Məmmədovla razılığa gəlib. 21 yaşlı futbolçu "Şamaxı" ilə 2 illik müqavilə imzalayıb.


Futbolçu son olaraq “Səbail”də çıxış edib.