"Şahdağ"ın prezidenti Samir Xeyirbəyov komandasının bu mövsüm I Diviziondakı hədəflərini açıqlayıb.

Rekord.az-a açıqlama verən Xeyirbəyov tək hədəflərinin çempionluq olduğunu bildirib.

Planlarının da buna hesablandığını açıqlayıb: "Karvan Yevlax" bizim əsas rəqiblərimizdən biri idi. Vacib qələbə qazandıq. Qarşımıza qoyulan hədəf çempionluğu qazanmaqdır. Yay dövründə etdiyimiz transferlər də buna hesablanıb".