Şabran şəhər, "Bayraq Meydanı"nda yerləşən süni örtüklü futbol meydançasında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun, Şabran Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şabran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Şabran rayon çempionatı çərçivəsində növbəti 1/4 oyunlar keçirilib.

 

Rekord.az xəbər verir ki, Qaz İdarəsi  "Alov"u 3:2 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, yarış 10 may 2024-cü il tarixədək davam edəcək.