“Sabah” və "Zirə"nin sabiq futbolçusu Xulio Sezar Rodriqesin yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək.

Paraqvaylı forvard "Gilyermo Braun"la anlaşıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır.

Xatırladaq ki, 2019-cu ildə "Zirə"nin formasını geyinən Xulio Rodriqes, 2020-2022-ci illər aralığında "Sabah"ın uğurları üçün çalışıb. O, 2022-ci ilin yayında paytaxt klubundan ayrılandan bəri işsiz idi. Hücumçu daha öncə də Argentinanın müxtəlif klublarında forma geyinib.