"Sabah"ın oyununa belçikalı hakimlər təyinat aldı
- 16:20
- 22
UEFA Gənclər Liqasında İngiltərənin "Mançester Yunayted" və "Sabah"ın U-19 komandası arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma Belçikadan olan ədalət təmsilçilərinə tapşırılıb.
FIFA referisi Simon Burdohueyə həmyerliləri Maykl Qeerolf və Yonas Van Duk kömək göstərəcəklər.
Görüşün dördüncü hakimi hələlik açıqlanmayıb.
Xatırladaq ki, UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.