“Sabah”dan 20-ci böyükhesablı qələbə
- 16:20
- 31
"Sabah" klubu Azərbaycan yüksək dəstəsində 20-ci böyükhesablı qələbəsini qazanıb.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Misli Premyer Liqasının XVII turuna təsadüf edib.
"Bayquşlar" "Karvan-Yevlax"ı 4:1 hesabı ilə üstələyib.
Bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsidir. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
"Sabah" 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə "ANS-Pivani"yə çatıb.
Qeyd edək ki, "Sabah" ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. "Səbail"lə ev matçında 3 cavabsız qol vurulub.