"Sabah" Litvada ilk yoxlama oyununu keçirib
- 22:30
- 38
"Sabah" basketbol komandası Litvada ilk yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi yerli "Juventus Utena" komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 89:84.
Xatırladaq ki, "Sabah" yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.