
“Sabah” Lənkəranda 45 istedad tapıb
- 19:00
- 58
29-30 aprel tarixlərində “Azərlotereya”nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib.
Rekord.az xəbər verir ki, “Sabah”ın Futbol Akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib.
Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.
Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.