“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Rekord.az xəbər verir ki, alman mütəxəssis portuqaliyalı hücumçunun karyerası haqda bunları söyləyib:

“Ronaldo karyerası ərzində rəsmi oyunlarda 800-dən çox qol vurub. Son 100 ildə heç kim bunu bacarmayıb.

Bu, Ronaldonun necə futboçu olduğunu göstərir. Ronaldo komandanın vacib oyunçularındandır və “Mançester Yunayted” onun sayəsində daha da inkişaf etməlidir”.

Ronaldo bu mövsüm “Mançester Yunayted”lə Premyer Liqada 16 oyunda 8 qol vurub.