"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Portuqaliya millisi ilə 4 il əvvəl Avropa çempionatının qalibi olmalarını xatırladıb.

Rekord.az xəbər verir ki, o, bununla bağlı "İnstaqram" səhifəsində yazıb: "4 il əvvəl bu gün tarixi və bənzərsiz gün yaşadıq. Bu, şübhəsiz ki, mənim karyeramdakı ən vacib titul idi".

Qeyd dək ki, Portuqaliya millisi 2016-cı il iyulun 10-u Fransaya 1:0 hesabı ilə qalib gələrək Avropa çempionatının kubokunun qazanmışdı.