Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda qol hesabını açıb.

Rekord.az xəbər verir ki, 37 yaşlı futbolçu buna Səuddiyə Ərəbistanı çempionatının 16-cı turu çərçivəsində baş tutan “Əl-Fateh”lə səfər matçında nail olub.

O, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib. Görüşdəki sonuncu qolun müəllifi olan ulduz futbolçu komandasını məğlubiyyətdən xilas edib - 2:2. “Əl-Nəsr"in digər qolunu 42-ci dəqiqədə Anderson Talişka vurub.

Bu heç-heçədən sonra xallarını 34-ə çatdıran “Əl-Nəsr” liderliyə yüksəlib.