"Roma" "Real"i ilə vidalaşan Serxio Ramosu heyətinə qatmaq istəyir.

Rekord.az xəbər verir ki, Joze Mourinyo ispaniyalı müdafiəçinin xidmətində maraqlıdır.

Artıq "canavarlar"ın rəhbərliyi 35 yaşlı oyunçu ilə danışıqlara başlayıb. Paytaxt təmsilçisi Ramosa illik 7,5 milyon avro məvacib təklif edib. Futbolçu düşünmək üçün qarşı tərəfdən vaxt istəyib.

"Real" Serxio Ramosun ötən mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzatmayıb.