
“Rəhbərliklə müzakirələr aparıb qərar verəcəyik” – Berezutski
- 31 May 2025 22:29
- 96
“Sabah” Azərbaycan kubokunun finalında bu gün “Qarabağ”la üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatan və əlavə vaxtın son dəqiqələrində vurduğu qolla qalib gələn “bayquşlar”ın baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. Rusiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Düşünürəm ki, maraqlı oyun alındı. Oyunçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. “Sabah”ı tarixində ilk dəfə titul qazanması münasibəti ilə təbrik edirəm.
Ümumi olaraq, görəcəksiz, eşidəcəksiz, rəhbərliklə müzakirələr aparıb qərar verəcəyik. Ondan sonra biləcəksiz qalıram, yoxsa gedirəm.
Elə bir resepti yoxdur, “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Hansısa bir sirri yoxdur, bu, sadəcə uşaqların əməyinin nəticəsidir”.
Bununla da, Masazır təmsilçisi tarixində ilk dəfə ölkə kubokunun sahibi olmaqla yanaşı, növbəti mövsümdə Avropa Liqasına vəsiqəni təmin edib.