Region Liqasında mübarizə aparan Quba "Şahdağ"ında gözlənilən istefa reallaşıb.

Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Qəzənfər Abbasov tutduğu postdan istefa verib.

İstefaya səbəb maliyyə problemidir. Belə ki, rəhbərlik 3 aya yaxındır futbolçuların maaşını verə bilmir ki, bu da baş məşqçinin bu cür qərar verməsinə səbəb olub.