Polşa çempionatında 28-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS də növbəti matçına çıxıb.

Sözügedən komanda evdə “Radomiak”la qarşılaşıb və qələbə qazanıb – 3:2.

Start heyətdə meydana çıxan Rahil sona qədər oynayıb. O, 10-cu dəqiqədə sarı vərəqə də alıb.

LKS hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.