Quba stadionun bitməyən problemləri
- 15:00
- 43
İmişli stadonu Premyer Liqa tələblərinə cavab vermədiyi üçün "İmişli" ev oyunlarını Quba Olimpiya Stadionunun stadionunda keçirir.
Lakin Rekord.az xəbər verir ki, Premyer Liqa oyunlarını qəbul etsə də. Quba stadionun özündə yetəri qədər problem var.
Elə "Araz Naxçıvan"la son matçda aşkarlanan problemlər yetəri qədər idi. Əsas problem qazonun durumu ilə bağlı idi. Drenaj sistemi olmadığı üçün yağan yağış və qar ot örtüyünü palçığa çevirmişdi. İkinci problem təşkilatçılıqla bağlı idi. Diktor olsa da, vurulan qollar, əvəzləmələr səsləndirilmədi. Çünki səsgücləndiricidə də problem var idi. Eyni zamanda matçın protokolu da jurnalistlərə paylanmamışdı. Mətbuat konfransı keçirilən zal soyuducudan fərqlənmirdi. Kondisoner olsa da, işləmirdi. Bu azmış kimi, zalın tavanı da damırdı. Daha bir problem internetlə bağlı idi. Oyun boyu demək olar ki, sayta xəbər qoya bilmədik. Çünki internetin adı var idi, özü yox. Mix zonanın olmaması da ayrı bir dərd idi. Təsəvvür edin, komandalar üçün ayrılan soyunub-geyinmə otaqları bir-biri ilə əks tərəfdə yerləşir. Mix zona olmadığı üçün futbolçular hərəsi öz avtobusuna doğru gedir. Belə olan halda, jurnalist qalır ortada, bilmir ora qaçsın, yoxsa bura. Bunlar hələ gözə çarpan nöqsanlar idi. Yaxşı olar ki, "İmişli" rəhbərliyi problemlərin həlli yolunda addım atsın, nəinki hər addımda jurnalistləri borcu çıxardırlar.