Qobustan İdman Kompleksində “Beynəlxalq Stolüstü Tennis Günü” münasibətilə yeniyetmələr arasında Qobustan rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında stolüstü tennis idman növünün kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.

Ayrı-ayrı yaş qrupları üzrə Qasımov Ramal, Musayev Tural, Məmmədli Vüsal və Məmmədov Ağababa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.