"Qəbələ"nin yeni baş məşqçisi yerli olacaq
- 13:00
- 38
Kaxaber Sxadadze ilə yolları ayıran "Qəbələ" yaxın günlərdə yeni baş məşqçisinin adını açıqlayacaq.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi bu dəfə yerli məşqçiyə güvənəcək.
Namizəd kimi sabiq baş məşqçi Elmar Baxşıyevin adı çəkilsə də, Samir Abasov və Tərlan Əhmədov variantları da nəzərdən keçirilir.