"Qəbələ - "Neftçi" matçında "Neftçi"nin penaltidən fərqlənməsindən sonra "Qəbələ"nin qapıçısı Səlahət Ağayevlə qonaq azarkeşlər arasında  qalmqalam yaşandı.

Rekord.az xəbər verir ki, buraxdığı qolu həzm etməyərək, ona təzyiq göstərən azarkeşlərin üstünə getdi.

Fanatlar da qarşılıq verincə, ara qarışdı. Polisin də müdaxiləsi ilə aranı sakirləşdirmək oldu. Deyilənə görə, azarkeşlər Ağayevi söyüb. O da buna dözməyib onlarla "razmorka"ya gedib. Biz isə oyundan sonra məsələni aydınlaşdırmaq istədik. Öncə Səlahətə yaxınlaşsaq da o, "danışmaq istəmirəm" deyib söhbətdən "qaçdı". Özü də bunu hörmətsiz şəkildə etdi. Az qala 35 yaşl var, hələ də media ilə ünsiyyəti öyrənə bilməyib. Bəlkə də günahı olduğu üçün "qaçıb".


Səlahətdən fərqli olaraq, təcrübəli "Neftçi" azarkeşi, həmçinin fanatlarla əlaqələndirici şəxs olan Aqil Laçın baş verənlərin təfsilatını danışdı: "Əslində proseslər qoldan əvvəl başlamışdı.  Bu normal prosesdir ki, azarkeşlər rəqib komandanın futbolçularına təzyiq edir.  Fitlə, uğultu ilə, müxtəlif şüarlarla. Səlahət peşəkar kimi belə şeylərə reaksiya verməməlidir. Amma Səlahət azarkeşlərin provakasiyasına getdi və dönərək hansısa bədən hərəkəti ilə cavab verdi. Bu gedişat penaltidən sonra da davam etdi. Yəqin ki, hər iki tərəfdən söyüş də olub. Azakeşin işi həm də rəqibi provakasiyaya çəkməkdi. Səlahət peşəkar kimi buna getməməli idi, amma o, getdi".