Yarımfinalçılar müəyyənləşdi
- 22:30
- 30
Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.
Rekord.az xəbər verir ki, ilk qələbəni “Baku Fire-2” qazanıb.
Son qalib PFL isə hesabda geri düşsə də, sona yaxın qələbə qolunu vura bilib. “Araz-Naxçıvan” isə məhsuldar qələbəyə sevinib. Yüksək Liqanın lideri “Neftçi” də Birinci Liqanın iddialılarından olan rəqibinə heç bir şans verməyib. Böyükhesablı qələbə onların da yarımfinalçılar sırasında olmasına yol açıb.
Beləliklə yarımfinal mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Ötən mövsümün finalçıları – PFL və “Araz-Naxçıvan” bu dəfə yarımfinalda üz-üzə gələcəklər. “Baku Fire-2” isə “Neftçi” İK ilə finala vəsiqə uğrunda qarşılaşacaq. Yarımfinal mərhələsinin oyunları apreldə keçiriləcək.
Lənkəran – Baku Fire-2 2:8
U-19 – PFL 3:4
Xan-Lənkəran – Araz-Naxçıvan 3:12
STAR kargo – Neftçi İK 3:12
Yarımfinal cütlükləri:
PFL – Araz-Naxçıvan
Baku Fire-2 – Neftçi İK