Bir oyunun stadionu dəyişdirildi
- 15 Mar 2026 23:30
- 36
Əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq 2-ci Liqanın 18-ci turu çərçivəsində 16 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Şirvan” oyununun yeri dəyişdirilib.
Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.
Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.