Misli Premyer Liqasının 2022/23 mövsümü başa çatıb.

Rekord.az xəbər verir ki, “Qəbələ” çempionatı 4-cü yerdə yekunlaşdırıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 36 oyunda 23 futbolçuya şans verib.

Felipe Santos hamıdan çox – 35 dəfə meydana çıxıb. İsnik Alimi və Məqsəd İsayev 34 oyunda iştirak edib. Şimali makedoniyalı yarımmüdafiəçi meydanda daha çox dəqiqə keçirib.

“Qəbələ”nin 23 futbolçusundan 2-si qapıçıdır. Səlahət Ağayev 30, Kristof Atanqana 6 görüşdə şans qazanıb.

“Qəbələ”nin hesabında olan 47 qola komandanın 13 oyunçusu imza atıb. İsnik Alimi ardıcıl ikinci mövsüm “qırmızı-qaralar”ın bombardiri olub. O, 9 dəfə fərqlənib. Ramon Maçadonun aktivində 8 qol var.

İsnik 7 penalti zərbəsini dəqiq yerinə yetirib. Komandanın qapısına təyin olunan 9 belə zərbədən 8-i qolla nəticələnib.

“Qəbələ”nin üç qolunu rəqiblər öz qapısına vurub. Petro Stasyuk, Qustavo de Fransa (hər ikisi “Səbail”) vəı Adil Nağıyev (“Şamaxı”) avtoqol müəllifi olub. Komandamızın üzvləri də eyni sayda uğursuzluq yaşayıb. İlkin Qırtımov, Murad Musayev və İsnik Alimi avtoqola üzülüb.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Felipe Santos

35

2718

3

7

0

İsnik Alimi

34

3033

9

9

0

Məqsəd İsayev

34

3014

2

7

0

Ruan Renato

33

2907

2

10

1

Rövlan Muradov

33

1930

2

2

1

Omar Hani

33

1187

1

4

0

Ülvi İsgəndərov

33

1146

6

0

0

Ramon Maçado

32

2318

8

2

0

Feras Abu Akal

31

2592

2

13

0

Emil Səfərov

31

1106

1

6

0

Səlahət Ağayev

30

2700

-38

3

0

İlkin Qırtımov

30

2561

0

7

1

Murad Musayev

30

2290

1

4

0

Rafael Utziq

30

2054

4

3

0

Asif Məmmədov

30

1641

0

2

0

Urfan Abbasov

14

942

0

3

1

Əyyub Allaş

13

757

3

0

0

Kristof Atanqana

6

540

-9

0

0

Andrey Strijak

6

22

0

1

0

Yaovi Akakpo

4

15

0

0

0

Hüseyn Mürsəlov

1

15

0

1

0

Mehrac Baxşalı

1

2

0

0

0

Rauf Rüstəmli

1

1

0

2

0