Qarnaço millidən kənarda qaldı
- 15:30
- 36
“Çelsi”nin yarımmüdafiəçisi Alexandro Qarnaço hazırda Argentina millisi üçün namizədlər siyahısında nəzərdən keçirilmir.
Rekord.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Qarnaço sonuncu dəfə Argentina millisinin düşərgəsinə 2024-cü ilin noyabrında qoşulub. O, milli komandanın heyətində ümumilikdə 8 oyun keçirib və bu matçlarda 1 məhsuldar ötürmə verib.
Argentinalı futbolçu 2025-ci ilin yayından etibarən “Çelsi”nin formasını geyinir. O, London təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə verib.