
"Qarabağ"ın rəqibinin məğlubiyyəti VİDEO
- 24 İyn 2022 17:05
- 495
Çempionlar Liqası I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex" hazırlığı davam etdirir.
Rekord.az xəbər verir ki, Polşa təmsilçisi yoxlama oyununda qüvvəsini sınayıb. Poznanlılar "Poqon"la qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Lex" ilk hazırlıq matçında "Vidzev"ə 1:2 hesabı ilə uduzmuşdu.