“Qarabağ”ın oyunu 5 manata
- 14:20
- 24
Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn
satışda olacaq.
Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.
Sentyabrın 6-da keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa 20:15-də start veriləcək.