“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçildi
- 00:01
- 38
UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində baş tutan "Qarabağ" - "Ayntraxt" oyununun ən yaxşı futbolçusu bəlli olub.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.
O, matçda 2 qol vuraraq təmsilçimizin qələbə qazanmasında əsas memarlardan olub.
Qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.