“Qarabağ”ın ÇL-in pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
- 02:30
- 31
UEFA Çempionlar Liqasında əsas mərhələni uğurla başa vuran "Qarabağ" klubunun pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv PSJ (Fransa) və ya "Nyukasl" (İngiltərə) komandalarından birinə rəqib olacaq.
Ağdam klubu Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da keçiriləcək.