Antalyanın Belek bölgəsində yağmış qar Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın bugünkü planında dəyişikliyə səbəb olub.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Çexiyanın “Bohemians” klubu ilə 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyir. Oyunun başlama vaxtı dəqiqləşən kimi əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Qarabağ” bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla” (Krakov) klubu ilə qarşılaşacaq.