“Qarabağ” transfer çalışmalarını hələ başa çatdırmayıb.

Rekord.az xəbər verir ki, Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili ("Yagelloniya", Polşa: icarəyə) və Leandro Andradeni (“Çerno More”, Bolqarıstan) heyətinə qatan Ağdam təmsilçisi indi də hücumçu almaq istəyindədir.

Baş məşqçi Qurban Qurbanov ad çəkməsə də, söyləyib ki, növbəti “əməliyyat”ı yanvarın sonunadək reallaşdırmaq niyyətindədir.

Bu, həmin vaxtadək həyata keçməsə, görüşmələr yayda qaldığı yerdən davam etdiriləcək.

Azərbaycanın ən yaxşı məşqçisi bu bölgləyə 4 namizədi gözdən keçirir. Onun transfer siyahısında yer alanlar Danimarka, İspaniya, Fransa və Niderland çempionatında çıxış edirlər.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu istiqamətdə aparılan işləri son vəziyyəti barədə sportinfo.az-a bunları deyib:

“Maraq dairəmizdə olanlar var, sadəcə, danışıqların gedişində hansısa irəliləyiş yoxdur. Razılıq əldə edilsə, bu haqda ictimaiyyətə rəsmi açıqlama verəcəyik”.