Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk matçında Serbiyanın “Baçka Topola” komandası ilə qarşılaşıb. Bu matç “Qarabağ”ın məğlubiyyəti ilə başa çatıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv saat 19:00-da isə Polşanın “Şlyonsk” komandası ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun da ağdamlılar üçün uğursuz alınıb. Marko Veşoviç (26-cı dəqiqə) və Kadi Borgesin (80) vurduğu qollar “Qarabağ”ın məğlubiyyətdən xilas olması üçün yetərli olmayıb.

Xatırladaq ki, “Qarabağ” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə etmişdi – 0:0.

Yoxlama oyunu
21 yanvar

13:30. Qarabağ – Baçka Topola 0:1

Qarabağ: Amin Ramazanov, Bəhlul Mustafazadə, Rahil Məmmədov (Zamiq Əliyev, 46), Marko Veşoviç (Abbasov Hüseynov, 46), Elvin Cəfərquliyev, Nihad Quliyev (Musa Məmmədov, 80), Riçard Almeyda (İsmayıl İbrahimli, 46), Leandro Andrade (Rauf Hüseynli, 70), Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı.

19:00. Qarabağ – Şlyonsk 2:3

Qarabağ: Luka Quqeşaşvili, Marko Veşoviç (Abbas Hüseynov, 46), Maksim Medvedev (Rahil Məmmədov, 46), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli (Leandro Andrade, 65), Filip Ozobiç, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji.