“Qarabağ”dan “Ayntraxt” üzərində möhtəşəm qələbə!
- 21 Yan 2026 23:40
- 40
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Ağdam klubu ÇL-in Liqa mərhələsinin 7-ci turunda “Ayntraxt”ı qəbul edib.
Almaniya təmsilçisi ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Görüşü İsveçrədən olan hakimlər briqadası idarə edib.
Daha öncə keçirdiyi oyunlarda 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülmüş təmsilçimiz üçün Frankfurt klubu ilə görüş böyük əhəmiyyət daşıyırdı. “Qarabağ” bu oyunda qalib gəlməklə pley-offa vəsiqəni böyük ölçüdə təmin edə bilərdi. Azərbaycan çempionu 7 xalla 22-ci idi. Əvvəlki oyunlarında 1 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət görmüş “Ayntraxt” isə 4 xalla 30-cu sırada qərarlaşmışdı və mərhələ adlamaq şansı yüksək qiymətləndirilmirdi.
Beş qolun qeydə alındığı bu görüşdə Ağdam klubu əzmkar qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar
“Qarabağ” – “Ayntraxt” 3:2
Qollar: Kamilo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 - Can Uzun, 10. Fares Şaibi, 78-pen.
Hakimlər: Sandro Şerer (İsveçrə).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 58. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ayntraxt: 40. Kauan Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 15. Elie Sxiri, 16. Huqo Larsson, 20. Ritsu Doan, 21. Nataniel Braun, 36. Nnamdi Kollinz, 42. Can Uzun.
Ehtiyat oyunçular: 23. Mixael Setterer, 33. Yens Qral, 5. Aurele Amenda, 6. Oskar Höylund, 8. Fares Şaibi, 18. Mahmud Dahud, 19. Jan-Matteo Baoyya, 26. Aurelio Buta, 27. Mario Götse, 41. Fusseni Dumbiya, 45. Marvin Dills, 53. Aleksander Ştaff.
Məşqçi: Dennis Şmitt.