“Qarabağ”a qalib gəlmək istəyirdik” - Şmitt
- 00:30
- 40
"Qarabağ"a qalib gəlmək istəyirdik.
Rekord.az xəbər verir ki, bunu Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunda baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:
"Qalib gəlmək istəyirdik. Lakin matça yaxşı başlamadıq. Düzdür, sonradan toparlandıq, hətta üstünlüyü də ələ ala bildik. Lakin daha sonra işlər qaydasında getmədi. Fasilədə futbolçularla danışıqlar apardıq. İkinci yarıda "Qarabağ" çox pressinq edirdi. İntizamı oynamağa çalışırdıq".
"Qarabağ" - "Ayntraxt" matçı Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.