"Qarabağ" Xaybullayevi istəyir! - ÖZƏL
- 10:39
- 46
"Qarabağ" yeni mövsümdə komandadan ayrılacaq bəzi oyunçulara alternativ axtarışını sürətləndirib. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, siyahıda adı olan futbolçulardan biri Abdullax Xaybullayevdir.
Ağdam təmsilçisi "Sabah"ın dayaq yarınmüdafiəçisinə Marko Yankoviçə əvəzləyici gözü ilə baxır. Xaybulayevin milli komandadakı uğurlu performansı Qurban Qurbanovun diqqətini cəlb edib və onu sərəncamında görmək qərarına gəlib.
"Qarabağ" oyunçunun performansını yaxından izləyir. Komandasında yetərincə oyun praktikası qazanmayan futbolçu da durumundan narazıdır və klubunu dəyişmək fikrinə müsbət yanaşır. "Köhlən atlar" Abdullax üçün qarşı tərəfə 250 min manat civarında transfer haqqı ödəməyə də hazırdırlar.