"Qarabağ" UEFA Çempionlar Liqasında pley-offa yüksəlməyi haqq edirdi.


Rekord.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


Mütəxəssis səfərdə "Liverpul"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:


"Bu cür hesabla məğlub olmaq istəməzdik, təəssüf hissi keçiririk. Lakin futbolçularımı təbrik edirəm. Keçirdiyimiz 8 oyunda çox risklər aldıq və çətin oyunlar keçirdik. Komandamız pley-off mərhələsinə yüksəlməyi haqq edirdi. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu, bizim oyunumuz deyil. Layiqli şəkildə əsas mərhələnin ilk "24-lüy"nə düşdük. Azərbaycan xalıqını təbrik edirəm".


"Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən "köhlən atlar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.