Sabah Premyer Liqanın 21-ci turu çərçivəsində “Kəpəz”in qonağı olacaq “Qarabağ” bu gün Gəncəyə yola düşüb.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ”ın “Kəpəz”lə səfər matçı sabah Gəncə şəhər stadionunda baş tutacaq. Oyuna saat 14:00-da start veriləcək.