Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirində qrup mərhələsinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş yarışda bu gün III turun qarşılaşmaları keçirilib.

Akademiyanın stadionunda oynanılmış görüşlərdə "Qubadlı" "Füzuli"yə 3:2 hesabı ilə qalib gələrək, A qrupunu 9 xalla 1-ci pillədə başa vurub. "Füzuli" isə 2-ci yeri tutub. Qrupun digər oyununda "Cəbrayıl" "Laçın"ı 10:8 hesabı ilə yenərək, 3 xalla 3-cü olub.

B qrupunda "Zəngilan" ardıcıl 3-cü qələbəsini "Şuşa" üzərində əldə edib - 5:0. Qrupun digər oyununda "Ağdam" "Kəlbəcər"i yenib - 5:1.

Beləliklə, B qrupunda 9 xalla 1-ci yeri tutan "Zəngilan" yarımfinalda "Füzuli"yə, A qrupunun qalibi "Qubadlı" "Ağdam"a rəqib olub.

"Qarabağ Azərbaycandır!"

15 iyun

A qrupu

"Cəbrayıl" - "Laçın" - 10:8

Qollar: Müzəffər Müzəffərli (3), Təbriz Quliyev (2), Elnur Salahov (2), Elçin Əlixan (2), Rövşən Əhlimanoğlu - Elvin Əhəd (6), Mahir Rüstəmli (2)

"Qubadlı" - "Füzuli" - 3:2

Qollar: Xanoğlan İmanov (2), Anar Əsədov - Şəfail Baxşıyev (2)

Turnir cədvəli

1. "Qubadlı" 3 3 0 0 17-7 9

2. "Füzuli" 3 2 0 1 20-3 6

3. "Cəbrayı" 3 1 0 2 11-26 3

4. "Laçın" 3 0 0 3 12-24 0

B qrupu

"Ağdam" - "Kəlbəcər" - 5:1

Qollar: Gündüz Abbaszadə (5) - Vəfadar Əliyev

"Zəngilan" - "Şuşa" - 5:0

Qollar: Xalid Ağəliyev (4), Daşqın Əziz

Turnir cədvəli

1. "Zəngilan" 3 3 0 0 20-5 9

2. "Ağdam" 3 2 0 1 11-5 6

3. "Şuşa" 3 1 0 2 6-9 3

4. "Kəlbəcər" 3 0 0 3 4-22 0

Yarımfinal

19 iyun

Gültəkin Əsgərova adına Məktəb Lisey Kompleksi, Azfar stadionu (Gənclik metrosu).

09:30. "Qubadlı" - "Ağdam"

11:00. "Zəngilan" - "Füzuli"

26 iyun

3-cü yer uğrunda

FİNAL

26 iyun

Bombardirlər: Xalid Ağəliyev ("Zəngilan") - 10, Elvin Əhəd ("Laçın") - 8, Xanoğlan İmanov ("Qubadlı") - 7, Gündüz Abbaszadə ("Ağdam") - 7